“Ürəyimdə xatirələr yaşayır” səmimi və çox duyğulu bir kitabdır.
“Mən vətənimlə qürur duyuram və onu sevirəm. Xatirə kitabına belə bir giriş bir qədər pafoslu görünsə də, bu, həqiqətdir. Bütün həyatım boyu sevgimi iki yerə bölmüşəm: demişəm ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır”. Müslüm Maqomayev dahi Nizaminin, Xaqaninin, Vurğunun, Hacıbəyovun, Niyazinin, Qarayevin, Behbudovun, Əmirovun, Maqomayevin diyarında anadan olub, yaxşı təhsil alıb, peşəsinin ilk addımlarını ataraq gənc yaşlarında Moskvaya gəlib. Moskva gənc müğənnini bütün Sovet İttifaqına tanıdıb, ona böyük üfüqlər açıb.
“İndi Moskvada yaşayıram, amma həmişə bizim Bakıdakı həyətimizi və Xəzər dənizinin sahilindəki bulvarı xatırlayıram. Bakı mənim üçün müqəddəs torpaqdır və hər bir bakılı üçün onun şəhəri təkcə doğulduğu yer deyil, daha dərin mənaya malikdir. Bakılıların xüsusi xarakteri və həyat tərzi var. İndi müxtəlif həyat şəraitinə görə bir çox ölkələrə yayılmış fərqli millətlərdən olan bakılılar, orada da bir-biri ilə ünsiyyət qurmağa çalışır və imkan olduqca, heç olmasa bir neçə günlüyünə doğma şəhərə qayıdırlar...” heyrətamiz bariton səsi, yüksək sənətkarlığı və mənəvi alicənablığı ilə bir neçə nəsil dinləyicini valeh edən əfsanəvi Müslüm Maqomayev xatirələrini bu sözlərlə başlayır. Kitabda müğənninin həyatının ən yaxşı anları səmimiyyətlə və yumorla təsvir edilib: şərq gözəli Şahbanu Fərəhlə görüşü, İran şahı Rza Pəhləvinin tacqoyma mərasimi üçün İrana səfəri, Tamara Sinyavskaya ilə taleyüklü görüşü, izdihamlı salonlar, atlı milis kordonları, çiçəklər...