Bir Saray bələdçisinin qeydləri

İncəsənət fondu

Bir Saray bələdçisinin qeydləri [Zəminə Rəsulova]

Bir Saray bələdçisinin qeydləri
Kitab Azərbaycanın məşhur tarixi-memarlıq abidələrindən biri – Şəki Xan sarayı haqqında bələdçinin qeydləri əsasında yazılmışdır. Müəllif Zəminə Rəsulova illər uzunu Şəki xan sarayında işləyərək bu abidə haqqında zəngin təcrübə əldə etmişdir. Zəminə Rəsulovanın tarixçi və sənətşünas olması bu kitabın yazılmasını daha da zənginləşdirmişdir. Bu kitabda siz yalnız bələdçinin sarayla bağlı sarayın daxili dekorasiyası, naxışları, rəsmlərinin mənası barəsində deyil, həmçinin Şəki xanlığının tarixi, Şəki Xan sarayının tikilmə tarixi və bu dövrdə baş verən hadisələrlə də tanış olacaqsınız. Bu kitabda araşdırılan maraqlı tarixi faktlardan biri də budur ki, Şəki xan sarayı heç də bir saraydan ibarət olmamış Şəki Xan sarayı geniş saray kompleksinin bir hissəsi olmuşdur. Saraydakı bütün rəsmlər bir sujet xəttiylə çəkildiyi təsvirlərlə izah olunmuşdur.