Azərbaycan el sənəti

İncəsənət fondu

Azərbaycan el sənəti [Çingiz Fərzəliyev]

Azərbaycan el sənəti
"Azərbaycan el sənəti" kitabi Azərbaycan Milli Incəsənət Muzeyinin kolleksiyasında qorunan zəngin sənət əsərlərinə həsr edilib. Bu eksponatların bir qismi minilliklər öncə, digərləri ilkin orta va daha sonraki dövrlərdə xalqimizin yaratdığı abidələrdir. Kitabda təqdim edilən hər bir əşya gündəlik həyatımızın bir parçası, elimizin, maddi va mənəvi irsimizin ən dəyərliləridir və bu əsərlərin çoxu ilk dəfə nəşr edilir. Bu bitkin mənbədə vətənimizin bütün tarixi və indiki coğraf ərazilərində hazırlanmış - gil, daş, ağac, bədii metal, parça, mílli geyím, xalça və zərgərlik nümunələrindən örnəklər verilir. Hər əşyanın nővű, materialı, hazırlanma texnikası, mənsub olduğu bölgə ayrılıqda şərh olunur, üzərindəki ərəb və fars yazılarının açması və sonda təqdim edilən izahlı lüğət bir çox məqamlara aydınlq gətirir. Bu zəngin irs xalqımızın keçmişindən - gələcəyinə yol salan gerçək mənbələrdir.