Bakı yalnız təbii-coğrafi mövqeyi və ilkin orta əsrlərdən XX əsrin əvvəllərinə qədər keçdiyi tarixi inkișaf yolu, Şərq va Qərb bədii mədəniyyətlərinin qovuşduğu nadir məkan kimi tanınmır. Bu şəhər - unikal memarlıq fenomenidir. Bu makanda yerli memarliq ənənələri, yüksək inşaat mədəniyyəti, xalq arasından çixmış memarların və peşəkar arxitektorların birgə yaradıciliğından qaynaqlanan özünəməxsus bədii sistem təşəkkül tapmışdır. Belə bir sintez məcmu halında məzmununa, həcmi həllinə va siluetinə göra fərqlənən çox gözəl tikililər ərsəyə gətirmişdir. Bunlar, sadəcə olaraq, müxtəlif memarlıq cərəyanlarıın fərqli üslub səciyyəsi və çalarlarına malik olub, şəhərin simasını formalaşdıran adi tikililər deyil. Bu binalar İçərişəhərin mürəkkəb relyefli, dar küçəli məhəllələrindən ucalan həcmi kütlələrin fərdi memarliq ifadəsinin nadir və düşünülmüş şərhidir. Demək olar ki, tarixi șəhərin ümumi plan-memarlıq quruluşuna daxil olan hər bir tikili fəal bədii mövqeyə malikdir, bütövlükdə isə onlar İçərişəhərin əhəmiyyətli memarliq fenomenini müəyyən edən doğma simasını formalaşdırırlar.
Bakı, 1880-ci ildon 1914-cü ilə qədər olan 25 il ərzində vahid memarlıq- planında sanki birnəfəsə tikilmişdir. Şəhərin bütün tarixi məhəllələri, bas magistral yolları qədim İçərişəhərin ətrafinda for- malaşmışdır. Qasım bay Hacıbababəyov, Qafar Ismayılov, Zivər bəy Əhmədbayov, E.Y.Skibi İ.V.Qoslavski, A.S.Kandinov, A.Koșinskiy, F.Lemkul, İ.Ploşko, N.V.Tverdoxleb, K.B.Skureviç, N.A fon der Nonne, P.Ştern, İ.Edel, A.Eyxler və başqalarından ibarət olan memarlar pleyadası yerli sifarişçilər və H.Z.Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev (onu neft və kerosin kral adlandırırdılar), İsa bəy Hacıncki, Teymur bəy Aşurbəyov və bir çox başqa neft maqnatlarının sayəsində şəhərin memarlıq palitrasını yaratmışlar. Memar və sifarişçilərin müştərək tandemi Bakının tarixi məhəllələrində 850-dən artiq memarlıq abidəsini ərsəyə gətirmişdir.