Monoqrafiya çağdaş elmin iki sintetik elmi istiqamətinin- autopoyezis və sinergetikanın fəlsəfi təhlilinə, onların konseptual müqayisəsinə və müxtəlif sahələrə tətbiqi imkanlarına həsr olunub. XX əsrdə insan təfəkkürünün dinamikası prizmasında bu yeni elm sahələrinin qnoseoloji, dünyagörüşü və tətbiqi özəllikləri nəzərdən keçirilib. Autopoyezis və sinergetikanın sosial sistemlərin öyrənilməsi imkanları çağdaş sosioloji konsepsiyalarla müqayisəli şəkildə təhlil edilib. Sosial sinergetikanın mövcudluq sərhədləri haqqında müəllif mövqeyi ifadə olunub. Sinergetik təsəvvürlərin Azərbaycan cəmiyyətinin öyrənilməsinə tətbiq edilməsinə cəhd edilib.
Bibliographic description
Qurbanov, Füzuli Məhəmməd oğlu. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları: monoqrafiya / F. M. Qurbanov; elmi red. H. Quliyev.- Bakı: Adiloğlu, 2007.- 486 s.