Book details

Məhsəti Gəncəvi

Məhsəti Gəncəvi

Title:
Məhsəti Gəncəvi
Author:
Hüseynov Rafael
Publication date:
2013
Annotation:
Böyük Azərbaycan şairi Məhsəti Gəncəvi misilsiz söz ustası olmaqla yanaşı, eyni zamanda mahir musiqiçi və şahmatçı kimi də şöhrət qazanmışdır. Məhsəti Gəncəvi rübailərində saf məhəbbəti, humanist ideyaları tərənnüm etmiş, poeziyada azadfikirliyin ən cəsarətli təmsilçilərindən biri hesab edilmiş, özündən sonrakı Şərq ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Portret-oçerkdə Məhsəti Gəncəvinin keçdiyi həyat yolu, onun ədəbi mirası, yaradıcılığının başlıca xüsusiyyətləri izlənilir, qüdrətli şairənin bədii sözün inkişafı tarixindəki əsas xidmətlərindən bəhs edilir.

Bibliographic description

Hüseynov, Rafael Baba oğlu. Məhsəti Gəncəvi: portret-oçerk / R. B. Hüseynov; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Şərq-Qərb, 2013.- 80 s.