Kitabda qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələləri qələmə alınmışdır. Müəllif 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır.
Bibliographic description
Mədətli, Eynulla Yadulla oğlu. Pakistan: qısa tarixi-siyasi oçerklər / E. Y. Mədətli; elmi red. M. C. Qasımlı; AMEA Qafqazşünaslıq İnstitutu.- Bakı: Turxan NPB, 2022.- 406 s.