Dərsliyin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada "Beynəlxalq iqtisadi münasibətlər" anlayışının məzmunu və mahiyyətini təşkil edən başlıca məsələlər maksimum dərəcədə əhatə olunur. Yəni, dərsliyin əsas məsələsi yalnız beynəlxalq ticarətin və onun alətlərinin təhlili deyil, həm də beynəlxalq iqtisadi əlaqələri əhatə edən digər məsələlərin geniş və ətraflı şərh olunmasıdır. Kitabın quruluşu istehsalın əsas amillərinin- əmək ehtiyatları, kapital, texnologiya, məlumatlar- beynəlxalq hərəkətinin məntiqinə əsaslanır. Beynəlxalq maliyyə sisteminə və onun başlıca həlqələrinə baxılır. Müasir şəraitdə institusional dəyişikliklərin inteqrasiya və qloballaşma prosesinə nisbətən zəif inkişaf etməsi ilə əlaqədar meydana çıxan problemlər şərh olunur. Beynəlxalq ticarətin, TMŞ-in fəaliyyətinin, beynəlxalq və regional inteqrasiya qrup və birliklərinin inkişafının müasir vəziyyəti təhlil olunur.
Ələkbərov, Əziz Həmid oğlu. Beynəlxalq iqtisadi münasibətlər: dərslik / Ə. H. Ələkbərov, M. Ə. Vəliyev, S. M. Məmmədov; elmi red. Z. Ə. Səmədzadə.- Bakı: Çaşıoğlu, 2010.- 652 s.