Book details

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar
Title:
Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar
Author:
Əliyev Heydər Əlirza oğlu
Publication date:
2026
Volume:
11
Annotation:
Kitaba 1996-cı ildə Prezident Heydər Əliyevin Qanlı Yanvar faciəsi şəhidlərinin xatirə gecəsində söylədiyi nitqin mətni daxil edilmişdir. Ulu Öndər xalqımızın yenilməzliyini və müstəqilliyimizin əbədiliyini vurğulayaraq demişdir: "Bu gün şəhidləri yad edərək bir daha bəyan edirik ki, xalqımız yenilməzdir və heç vaxt başını aşağı əyməyəcəkdir. Biz əldə etdiyimiz milli azadlığımızı qoruyacaq, saxlayacaq və onu əbədi edəcəyik. Dövlət müstəqilliyimizi qoruyub inkişaf etdirəcək və əbədi yaşadacağıq. Şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, milli azadlığımız əbədidir, dövlət müstəqilliyimiz əbədidir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz, iradəmizi sındıra bilməz". Bu nəşrə müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunda Prezident Heydər Əliyevin nitqinin mətni də daxil edilmişdir. Ulu Öndər proqram xarakterli çıxışında qeyd etmişdir: "Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. O, öz həyatını qurarkən, fəaliyyətə hazırlaşarkən və fəaliyyətini davam etdirərkən həm özü, həm ailəsi haqqında düşünməli, lakin hər şeydən çox müstəqil Azərbaycanın bu günü və gələcəyi barədə düşünməlidir. Bu sizin vəzifələrinizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndə və ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır". Bu cildə, həmçinin, 1996-cı ildə Prezident Heydər Əliyevin Həştərxan və Gürcüstan televiziyalarına verdiyi müsahibələrin, Ramazan bayramı və Xocalı soyqırımının ildönümü ilə əlaqədar xalqa müraciətlərinin mətnləri daxil edilmişdir. Bundan əlavə, Gürcüstana rəsmi səfəri zamanı Prezident Eduard Şevardnadze və digər dövlət və hökumət nümayəndələri, həmin ölkənin işgüzar dairələrinin təmsilçiləri ilə görüş və danışıqları, Gürcüstanda yaşayan soydaşlarımızla görüşü, eləcə də Türkmənistan Prezidenti Saparmurat Niyazovun ölkəmizə rəsmi səfəri ilə bağlı materiallar toplanmışdır.

Bibliographic description

Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
11-ci kitab: yanvar, 1996 - aprel, 1996.- Təkrar nəşr.- Bakı: Azərnəşr, 2026.- 400 s.