Book details

Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması

Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması

Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması
Title:
Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması
Author:
Məmmədzadə İlham
Publication date:
2017
Annotation:
Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi yalnız alman köçkünlərinin Qafqazda və Azərbaycanda taleyinin necə olduğuna deyil, həm də mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsinin, milli şüurun inkişafı və Azərbaycan fəlsəfi ədəbiyyatında multikulturalizm adlandırılan bütöv bir fenomenin ona təsir etməsi məsələlərinə maraq doğurmuşdur. Bəzən millətin inkişafı, mədəniyyəti və mənəviyyatı məsələləri mədəniyyətlərin müxtəlifliyi və qarşılıqlı əlaqələrindən kənarda nəzərdən keçirilir və əslində, kitabın müəllifinin fikrincə, bu, tənqidə layiq deyil. Ya da, başqasına (əslində isə uzaq və yaxın qonşulara) münasibət hər bir cəmiyyətin, birliyin, dəyəri və mədəni inkişafının mühüm bir hissəsidir. Bu ideyaların sübut edilməsində müasir alman fəlsəfi ədəbiyyatının təhlili xüsusi rol oynayır. Kitab fəlsəfə və tarix, fəlsəfə və kulturologiyanın qovuşuğunda, Azərbaycandakı alman icmasının təcrübəsinin dərk edilməsi və onun hansı sahələrdə və necə istifadə oluna bilməsi mümkünlüyünün təhlili əsasında yazılmışdır.

Bibliographic description

Məmmədzadə, İlham Ramiz oğlu. Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması / İ. R. Məmmədzadə; elmi red. R. Ulusel; BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası.- Bakı: Print-E-service MMC, 2017.- 159 s.