- Title:
- Qara qan
- Author:
- Abbasov Fazil
- Publication date:
- 2002
- Volume:
- 1
- Annotation:
- Bütün kənd xoşbəxt ovqat içindədir. İnsan həyatının ən ali məqamı-iki gəncin toy məclisidir. Bakıdan qohumlar da toya təşrif gətiriblər. Jurnalist Aysu da bunların arasındadı. Qələbəlik, sevinc duyğuları bir an içərisində faciə ilə əvəz olunur. Erməni işğalçıları əvvəlcədən hazırlanmış qəsdlə məclisi gülləbaran edir, dinc insanlar qırılır, jurnalist qız yağılara əsir düşür. Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş, dərin mənzərəsini, anlamını verir. Qarabağ savaşının ilk günlərindən erməni yağılarının onlara arxa olmuş havadarlarının köməyi ilə Azərbaycan torpağında törətdikləri vəhşilikləri, öz içimizdəki vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamaq namərd, naxələf siyasətçilərin əməllərini müşahidə etmiş müəllif bütün hərbi və siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı boyalarla təqdim edir.
Bibliographic description
Abbasov, Fazil Famil oğlu. Qara qan: tarixi roman / F. F. Abbasov
I hissə / red. C. A. Əlibəyov.- Bakı: Elm və Həyat: QAPP-POLIQRAF NPK, 2002.- 462 s.