Kitaba müəllifin 2006-cı ilin ikinci yarısından 2009-cu ilin sonunadək olan dövrü əhatə edən respublikamızın ictimai-siyasi həyatının müxtəlif məsələlərinə dair mətbuat səhifələrində dərc edilmiş məqalələri, Dövlət İdarəçilik Akademiyasında keçirilmiş müxtəlif tədbirlərdəki məruzə, nitq və çıxışları daxil edilmişdir. Məqalələrdə müstəqil respublikamızın ictimai-siyasi və iqtisadi həyatı, Heydər Əliyev və dövlət idarəetmə kadrlarının hazırlanması, cənab İlham Əliyevin prezidentliyinin birinci dövründə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər, Heydər Əliyev Fondunun və onun prezidenti xanım Mehriban Əliyevanın təhsilimizə, xalq musiqimizə, mədəniyyətimizə göstərdiyi qayğı, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi öz əksini tapmış və politoloji təhlil süzgəcindən keçirilmişdir.
Bibliographic description
Qəndilov, Seyfəddin Mirtağı oğlu. Dövlətçilik təfəkkürü, idarəçilik məharəti: dərs vəsaiti / S. M. Qəndilov; red. Ə. M. Həsənov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan nəşriyyatı, 2009.- 432 s.