Təqdim edilən kitabda Azərbaycan xalqının yenilməzlik və cəsarət, vətənpərvərlik və qəhrəmanlıq rəmzinə çevrilmiş Gəncə xanı Cavad xanın muzeydə qorunan hakimiyyət atributu - buncuğu (tuğu) araşdırılır. Bu kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq həmin eksponatın tarixi, buncuq (tuğ) adının mənşəyi, tarixi forma və növləri, yayılma arealı kimi məsələlər tədqiqata cəlb edilmişdir.
Bibliographic description
Əhmədov, Səbuhi Əhməd oğlu. Gəncə xanı Cavad xanın buncuğu (tuğu) / S. Ə. Əhmədov; elmi red. F. Cabbarov; AMEA Milli Azərbaycan Tarixi Muzeyi.- Bakı: Təhsil NPM, 2021.- 40 s.