Monoqrafiyada 1920-ci il 27 aprel tarixindən- Azərbaycanı işğal günündən sonra Sovet imperiyasının tarix elmini, o cümlədən onun xüsusi sahəsi olan etnologiyanı antielmə çevirib, ondan Azərbaycan xalqına qarşı sistemli etnosid siyasəti yeritməsi, uydurma konsepsiya, nəzəriyyə, hadisə və inqilablar (oktyabr, aprel) vasitəsi ilə xalqı ardıcıl olaraq milli ideya və ideologiyadan məhrum etməyə çalışmasının səbəb və nəticələri şərh olunur.
Xəlilli, Xəliyəddin Dəskiralı oğlu. Sovet tarixşunaslığı - milli ölüm elmi: monoqrafiya / X. D. Xəlilli; red. Q. Ə.-R. Qarannı.- Bakı: "MBM" MMC, 2010.- 400 s.