Lüğətdə təqdim edilmiş məqalələr (terminlər) öz məzmunu etibarı ilə fiziki coğrafiyanın ümumi məsələləri, landşaftşünaslıq, geomorfologiya, iqlimşünaslıq, meteorologiya, qurunun hidrologiyası, okeanologiya, torpaq coğrafiyası, biocoğrafiya, qlyasiologiyaya aid məqalələri özündə əks etdirir. İqtisadi coğrafiya üzrə olan məqalələr iqtisadi coğrafiyanın ümumi məsələləri, əhali coğrafiyası, sənaye və kənd təsərrüfatı coğrafiyası və başqa sahə üzrə olan məqalələri əhatə edir.
Bibliographic description
Altıdilli izahlı ensiklopedik coğrafiya terminləri lüğəti: Azərbaycan-rus-ingilis-alman-fransız-türk dilləri / tərt. Ş. G. Həsənov [et al.]; elmi red. Ş. G. Həsənov.- Bakı: Təhsil, 2005.- 235 s.