Book details

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Title:
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Author:
Əliyev İlham Heydər oğlu
Publication date:
2026
Volume:
149
Annotation:
Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin noyabrından 2026-cı ilin yanvar ayınadək olan dövrü əhatə edir. Bu nəşrə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfərinə, Prezident Şavkat Mirziyoyev ilə görüşünə, İslam Sivilizasiyası Mərkəzi ilə tanışlığına, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakına dair materiallar daxil edilib. Yeni kitabda Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsinin mətni də verilib. Azərbaycan Prezidentinin Slovakiyaya, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri haqqında informasiyalar da bu cilddə yer alıb. Oxucular yeni kitabda Prezident İlham Əliyevin ötən ilin noyabr ayında NATO-nun nümayəndə heyətini, bu ilin yanvar ayında ABŞ nümayəndə heyətini qəbul etməsi haqqında informasiyalarla da tanış ola bilərlər. Azərbaycan Prezidenti ötən il Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda çıxış edib. Bütün bunlar haqqında materiallar 149-cu kitabda toplanıb.

Bibliographic description

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
149-cu kitab: noyabr 2025 - yanvar 2026.- Bakı: Azərnəşr, 2026.- 392 s.