Dərslik Konstitusiya hüququnun tənzim etdiyi müxtəlif məsələləri, o cümlədən Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyasına müvafiq olaraq (2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın26-da ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişiklik və əlavələrlə) yaradılmış yeni institutları əhatə edir. Kitabda həmçinin insan və vətəndaşın fundamental hüquq və azadlıqları, onları tənzim edən konstitusiya qanunları, qanunlar, Azərbaycan Respublikasının idarəetmə forması, dövlət quruluşu, dövlət hakimiyyəti mexanizmi, yerli özünüidarəetmə və s. ilə bağlı məsələlər də öz əksini tapmışdır.
Bibliographic description
Əsgərov, Ziyafət Abbas oğlu. Konstitusiya hüququ: dərslik / Z. A. Əsgərov; elmi red. M. N. Ələsgərov; Bakı Dövlət Universiteti.- Yenidən işlənmiş və əlavələr edilmiş III nəşri.- Bakı: BDU nəşriyyatı, 2024.- 608 s.