Kitabda oğuzların ulu əcdadı hesab edilən Tilər, İşquzlar, Tinq-linqlər, Kao-çelər, Töleslər və Oqur/ Oğurların m.ə. 3000-ci ildən başlayıb VIII əsrə qədər tarixi qısa tədqiq edilmiş və Oğuz Yabqu dövləti (766-1050) haqqında məlumat verilmişdir. Monoqrafiyanın əsas mövzusunu təşkil edən Böyük Səlcuqlular dövlətinin (990-1162, İraq və Xorasan Səlcuqluları da daxil olmaqla) siyasi, hərbi, dövlət təşkilatı, sosial vəziyyəti və mədəniyyət ətraflı araşdırıldıqdan sonra Kirman (1041-1187), Suriya (1078-1117) və Türkiyə (1077-1308) ərazisində qurulmuş səlcuqlu dövlətlərinin tarixi şərh edilmişdir.
Bibliographic description
Əkbər, Nəcəf Nadir oğlu. Səlcuqlu dövlətləri və Atabəyləri tarixi: oğuzların ortaya çıxmasından- XIV əsrə qədər: monoqrafiya / N. N. Əkbər; elmi red. İ. Məmmədov.- Bakı: Qanun, 2010.- 756 s.