- Title:
- Dərviş və ölüm
- Author:
- Selimoviç Meşa
- Publication date:
- 2012
- Annotation:
- Bosniya yazıçısı Meşa Selimoviç bir sıra hekayə, povest və s. əsərlər müəllifi olsa da, daha çox "Dərviş və ölüm" romanı ilə məşhurlaşıb. Bu əsər onun yaradıcılığında son dərəcə kəskin bir dönüş kimi yadda qalıb, taleyini büsbütün dəyişib, müəllifini dünyanın ən sayılan yazarları ilə bir sıraya çıxarıb. Roman Bosniyada yaransa da insan haqda dünya miqyaslı diskussiyaların obyektlərindən biri kimi qəbul edilib. Bu fəlsəfi-psixoloji əsər qısa müddətdə keçmiş Yuqoslaviya sərhədlərini aşaraq, Avropa, sonra isə dünya şöhrəti qazanıb.
Bibliographic description
Selimoviç, Meşa. Dərviş və ölüm: roman / M. Selimoviç; tərc. Ə. Salahzadə.- Bakı: Proqres, 2012.- 474 s.