Kitabda əvəzsiz milli sərvətimiz olan Azərbaycan dilindən və onun sehrindən, dilimizin inkişafında, qorulmasında və cilalanmasında xüsusi tarixi xidmətləri olan xalqımızın ictimai-siyasi, mənəvi dünyasında silinməz iz buraxan, qəlbində Azərbaycan adlı bir alov gəzdirən dünya şöhrətli siyasətçi, Müstəqil Azərbaycan dövlətinin qoruyucusu, Böyük Vətəndaş Heydər Əliyevin əməli fəaliyyətindən söz açılır. Kitabda həmçinin dəyərli mənbə kimi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilinin tətbiqi və inkişafını təmin edən Fərman, Qanun və Sərəncamlar bütövlükdə daxil edilmişdir.