Book details

Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq

Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq

Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq
Title:
Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq
Author:
Ələkbərli Faiq
Publication date:
2021
Annotation:
Monoqrafiyada Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilmişdir. Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarının tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilmişdir. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır. Eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, "Mağlar təlimi"nə, zərdüştlüyə, yunan kosmologiyasına, xristianlığa, islamlığa münasibəti də öz əksini tapmışdır. Monoqrafiyada Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarlar ayrıca tədqiqata cəlb olunmuşdur. Kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri geniş təhlil olunmuşdur. Eyni zamanda bütün bunlarla yanaşı, əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunmuşdur.

Bibliographic description

Ələkbərli, Faiq Qəzənfər oğlu. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq: monoqrafiya / F. Q. Ələkbərli; elmi red. Ə. Tağıyev.- Tamamlanmış və əlavələr edilmiş II nəşri.- Bakı: Elm və təhsil, 2021.- 492 s.