Kitabda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi-mədəni, humanitar, ictimai-siyasi fəaliyyəti sosioloji və politoloji rakursdan təhlil olunur. Kitabda Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyfiyyətlərinə geniş şəkildə nəzər salınır, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfə siyasi formada təhlil edilir. Müəllif kitabda ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasına öz dərin töhfəsini verən ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın ictimai, sosial və siyasi həyatımızda oynadığı mühüm rolu işıqlandırır, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsindən sonra ölkəmizin gələcəyə doğru inamla irəliləməsi, dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi sahəsində onun gördüyü misilsiz işləri və digər maraqlı məqamları elmi-analitik təhlil edir.
Bibliographic description
Abdullayev, Vaqif İdris oğlu. Azərbaycanın Mehriban siması / V. İ. Abdullayev; elmi red. N. Q. Cəfərov.- Bakı: Təhsil NPM, 2019.- 416 s.