Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının "Əsərləri"nin üçüncü cildinə daxil edilən pyesləri onun yaradıcılığının son mərhələsində qələmə aldığı dram əsərləridir. Bu pyeslər uzun onilliklər Azərbaycan teatrının pərdələrini enməyə qoymayan səhnə əsəri kimi tanınıb və bir sıra xarici dillərə tərcümə edilibdir.