Book details

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar
Title:
Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar
Author:
Əliyev Heydər Əlirza oğlu
Publication date:
2026
Volume:
12
Annotation:
Kitabda Prezident Heydər Əliyevin Lüksemburqa, Belçikaya, Norveçə səfərləri, həmin səfərlərdə keçirdiyi görüş və danışıqlarda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin həyata keçirilməməsi ilə bağlı beynəlxalq birliyə müraciəti haqqında materiallar yer alıb. O zaman aprelin 25-də Osloda keçirilmiş mətbuat konfransında Ümummilli Lider Heydər Əliyev demişdi: "Sülhə nail olmaq üçün hər bir ölkə, o cümlədən Ermənistan da beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu baxımdan biz sülh əldə etmək üçün çox güzəştli, konstruktiv təkliflər irəli sürmüşük. Təkliflər ondan ibarətdir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələri çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır, işğal edilmiş torpaqlardan didərgin düşmüş, zorla çıxarılmış Azərbaycan vətəndaşları o torpaqlara, öz yer-yurdlarına qayıtmalıdırlar". Nəşrdə Ulu Öndər Heydər Əliyevin Şuşanın və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ildönümündə bu rayonlardan məcburi köçkün düşmüş əhali ilə görüşündəki nitqinin mətni də yer alıb. Ulu Öndər həmin nitqində demişdi: "Dörd ildir ki, biz bu rayonlardan məhrum olmuşuq. Ona görə də bu çox ağır dərddir. Bu dərdi biz hamımız çəkirik. Bilirəm ki, şuşalılar, laçınlılar daha çox dərd, qəm içindədirlər. Çünki onlar həm də yerlərindən, yurdlarından didərgin düşdüklərinə görə ağır həyat tərzi keçirirlər. Təəssüf ki, bunlar hamısı həyatımızın reallığıdır. Biz bunlara dözürük, amma əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur".

Bibliographic description

Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
12-ci kitab: aprel, 1996 - may, 1996. - Bakı: Azərnəşr, 2026.- 400 s.