2019-cu ildə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yeri olan İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam oldu. Nəsimi irsinin dərindən araşdırılmasının və eləcə də təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamına əsasən 2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilmişdir. Nəticə etibarilə respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşünasları və klassik tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdən ibarət irihəcmli "Bir əsrlik Nəsimi araşdırmaları adlı kitab ərsəyə gətirilmişdir.
Bibliographic description
Bir əsrlik Nəsimi araşdırmaları / R. B. Hüseynov, S. Şıxıyeva, M. Z. Nağısoylu [et al.]; elmi red. R. B. Hüseynov; "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.- Bakı: Elm və təhsil, 2019.- 800 s.