İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Title:
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Author:
Əliyev İlham Heydər oğlu
Publication date:
2019
Volume:
94
Annotation:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının Avstriya Respublikasına, Çin Xalq Respublikasına və Belçika Krallığına səfərləri zamanı bu ölkələrin rəhbərləri ilə görüş və danışıqlarına dair materiallar, həmçinin Pekində "Bir kəmər - bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı, Çinin "Sinxua" agentliyinə müsahibəsi verilmişdir. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər bir cilddə öz əksini tapır. Həmçinin dövlət başçısının "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqi, Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqına təbriki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışları da bu cilddə yer almışdır. Kitabda, oxucular dövlət başçısının Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqi, Qobustan rayonuna səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüş və danışıqlarına dair materiallarla da tanış ola bilərlər.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev. 94-cü kitab: mart 2019 - may 2019.- Bakı: Azərnəşr, 2019.- 392 s.