Yazıçı-publisist Akif Əlinin "Öncə - Vətəndir" adlı yeni kitabında əsasən respublika mətbuatında dərc olunmuş məqalələri toplanmışdır. Dövlət müstəqilliyi bərpa edilən ölkəmizin tarixində ən mürəkkəb dövrlərdən olan 1988-1995-ci illər ərzində baş verən ictimai-siyasi, sosial-mədəni və iqtisadi proseslərə vaxtında operativ münasibət bildirməyə çalışan müəllifin o dövrdə qələmə aldığı elmi-publisistik məqalələri istər tarixilik, istərsə də bədiilik baxımından maraq doğurur.
Bibliographic description
Əli, Akif. Öncə - Vətəndir: elmi-bədii publisistika / A. Əli; red. M. Yaquboğlu.- Bakı: Gənclik, 2003.- 216 s.