Azərbaycan gömrük xidməti yeni dünya - təsərrüfat münasibətləri şəraitində
Azərbaycan gömrük xidməti yeni dünya - təsərrüfat münasibətləri şəraitində
Title:
Azərbaycan gömrük xidməti yeni dünya - təsərrüfat münasibətləri şəraitində
Author:
Heydərov Kəmaləddin
Publication date:
1998
Annotation:
Monoqrafiya həm metodoloji, həm nəzəri, həm də praktiki əhəmiyyətə malik olan ciddi elmi tədqiqatdır. Müasir iqtisadiyyatın mübahisəli qalmış bir çox ciddi elmi problemləri bu və ya digər dəqiqliklə əsərdə təhlil obyektinə çevrilmişdir. İqtisadi nəzəriyyə və təsərrüfat təcrübəsi üçün mühüm olan xarici ticarət milli iqtisadiyyatın inkişaf amili kimi; müqayisəli üstünlüklər konsepsiyası və beynəlxalq ticarət sahəsində yeni paradiqmaya keçid; ixracın stimullaşdırılması və Azərbaycan mallarının xarici bazarlara çıxması üçün əlverişli şəriatin tə`min edilməsi; xarici rəqabətin dağıdıcı tə`sirindən milli iqtisadiyyatın məntiqli müdafiə səviyyəsinin tə`min edilməsi; beynəlxalq ticarət-iqtisadi münasibətlərdə beynəlxalq regional prioritetlərin formalaşması; xarici ticarət-iqtisadi əməliyyatların tənzimetmə sisteminin xüsusiyyətləri; gömrük tarifi daxili əmtəə bazarını tənzimləmə vasitəsi kimi; keçid dövrü amillərinin gömrük xidmətinin yaranması prosesinə təsiri; Azərbaycan gömrük sisteminin əsas inkişaf istiqamətləri və təkmilləşdirilməsi kimi problemlrin şərh olunduğu bölmələr, şübhəsiz, elmi maraq doğurur.
Bibliographic description
Heydərov, Kəmaləddin Fəttah oğlu. Azərbaycan gömrük xidməti yeni dünya - təsərrüfat münasibətləri şəraitində: monoqrafiya / K. F. Heydərov, C. Q. Həsənov; elmi red. Q. Q. Mokrov.- Bakı: Azərnəşr, 1998.- 192 s.