İnsan nitqini cümlələr təşkil edir. Yürüdülən məqsəddən və intonasiyadan asılı olaraq, Azərbaycan dilində olduğu kimi, alman dilində də nəqli, sual, əmr və nida cümlələri vardır. Azərbaycan dilində ayrı-ayrı cümlə üzvlərinin cümlədə tutduğu yerinin müəyyən əhəmiyyəti vardır, alman dilində isə intonasiya ilə yanaşı cümlə quruluşu da, yəni ayrı-ayrı cümlə üzvlərinin, xüsusən xəbərin, cümlə içərisində tutduğu yer daha artıq əhəmiyyətli rol oynayır.
Bibliographic description
Alman dilinin qrammatikası / tərt.-red. E. Hüseynova.- Yenidən işlənmiş və əlavələr edilmiş II nəşri.- Bakı: Təfəkkür NPM, 2009.- 288 s.