- Title:
- Publisistika: 1926-1977
- Author:
- Mir Cəlal
- Publication date:
- 2018
- Category:
- Literary studies
- Annotation:
- Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair tanıtım nəşrləri layihəsinin icrasına başlamışdır. Bu layihəyə əsasən görkəmli şəxsiyyətlərin, alim və ziyalıların heç zaman çap olunmayan əsərləri, habelə onların dünyada tanıdılmasına xidmət edən bioqrafik materialların nəşri nəzərdə tutulur. Həmin seriyadan oxuculara təqdim olunan bu nəşrdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin indiyədək ayrıca kitab şəklində çap olunmayan ədəbi-tənqidi məqalələri küll halında toplanaraq oxuculara və tədqiqatçılara təqdim olunur.
Bibliographic description
Mir Cəlal. Publisistika: 1926-1977 / Mir Cəlal; layihənin rəh. Ə. M. Qarayev; tərt., elmi red. K. M. Tahirov; red.: Ə. İ. İsmayılova, V. Həsənova; ön sözün müəl. E. İmanbəyli; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası.- Bakı : M.F. Axundov adına Milli Kitabxana, 2018.- 416 s.