Görkəmli maarifçi-ziyalı, tənqidçi-pedaqoq, tərcüməçi və yazıçı Eynəli bəy Sultanov (1866-1935) həm də folklorşünas kimi fəaliyyət göstərmişdir. Bu monoqrafiyada görkəmli ədibin həyatı və yaradıcılığının bəzi məqamlarına diqqət çəkilməklə bərabər əsas diqqət E. Sultanovun folklorşünas kimi fəaliyyətinə həsr olunur. XIX əsrin sonlarında başlayaraq şifahi xalq ədəbiyyatına böyük diqqət və qayğı ilə yanaşan E. Sultanov həm folklor toplayıcısı, həm təbliğatçısı kimi şöhrət qazanmışdır. Həmçinin folklorşünaslıq elmi baxımdan bir sıra maraqlı mülahizələr irəli sürmüşdür.
Bibliographic description
Yurdoğlu, Elxan. Eynəli bəy Sultanov və folklor / E. Yurdoğlu; elmi red., ön sözün müəl. İ. Ə. Həbibbəyli; AMEA Naxçıvan bölməsi.- Naxçıvan: Əcəmi NPB, 2017.- 208 s.