Book details

Quba, aprel-may 1918-ci il

Quba, aprel-may 1918-ci il

Title:
Quba, aprel-may 1918-ci il
Publication date:
2013
Annotation:
Kitaba 1918-ci ilin aprel-may aylarında Quba qəzasında baş vermiş faciəli hadisələri təsbit edən "Quba şəhərinin və Quba qəzası kəndlərinin talan edilməsi haqqında" istintaq işi üzrə FTK-nın sənədləri daxil edilmişdir. Sənədlərdə bir neçə gün ərzində Quba qəzasında 4 mindən artıq dinc müsəlman sakinin, o cümlədən qadın, uşaq və qocaların vəhşicəsinə qətlə yetirildiyi, yüzlərlə kənd, məscid, mülki obyektlərin yandırıldığı və dağıdıldığı kimi faktlar öz əksini tapmışdır. Toplunun 3 fəslində müsəlman qırğınlarının başlanması və gedişinin tarixi xronologiyasını yaradan Quba şəhəri və Quba qəzası kənd sakinlərinin şahid ifadələri, eləcə də Quba şəhər polis nahiyələri və qəzanın kənd cəmiyyətləri tərəfindən tərtib edilmiş aktlar toplanmışdır.

Bibliographic description

Quba, aprel-may 1918-ci il: müsəlman gırğınları sənədlərdə: toplu / Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi; tərt. S. Ə. Rüstəmova-Tohidi.- Bakı: Çaşıoğlu, 2013.- 316 s.