Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı "Bəxtiyar Vahabzadə" adlı biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 1942-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında çap edilmiş materiallar toplanmışdır. Azərbaycan və rus dillərində tərtib edilmiş bu vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapmışdır.
Bibliographic description
Bəxtiyar Vahabzadə: biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt.: M. Ə. Vəliyeva, S. Əsədova, G. Misirova; red. G. C. Səfərəliyeva.- Bakı, 2015.- 592 s.