Kitabda Azərbaycanın mühüm qeyri-neft sektorlarından biri olan kimya və neftkimya kompleksinin potensialından səmərəli istifadə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi, bu sahənin yenidən qurulması problemləri və prioritet istiqamətləri barədə elmi məqalələr və məruzələr verilmişdir. Bu əsərlərdə Azərbaycanın kimya və neftkimya kompleksinin inkişaf mərhələləri, bu kompleksin potensialından effektivli istifadə istiqamətləri, iri gücə malik qurğulardan səmərəli bəhrələnməyin variantları, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsində neftkimya kompleksinin əhəmiyyəti, Sumqayıt kimya kompleksinin modernləşdirilməsi üzrə tədqiqat işlərinin nəticələri və təhlilləri öz əksini tapmışdır.
Bibliographic description
Əliyev, Şəfa Tiflis oğlu. Azərbaycanın kimya və neftkimya kompleksi: potensialın qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri / Ş. T. Əliyev; elmi red. Ə. Bayramov.- Bakı: Elm və Təhsil, 2012.- 156 s.