Kitabda şəhərlərin yenidənqurulmasının əsas prinsipləri və metodları nəzərdən keçirilmişdir. Şəhər proqnozlaşdırılmasının müasir kəmiyyət üsullarından istifadə etməklə şəhər ərazilərinin kompleks tədqiqat metodları müfəssəl açıqlanmışdır. Vəsaitdə həmçinin şəhər kompleksləri və tarixi ansambllarının mühafizə və modernləşdirmə məsələləri işıqlandırılmış, tarixi mühitin müxtəlif mühafizə rejimli ərazilərində bina və qurğuların yenidənqurma və müasir tikilinin harmonik uyğunlaşma prinsipləri izah olunmuşdur. Bununla yanaşı müəllif nəqliyyat və piyada düyünlərinin təkmilləşdirilməsi, şəhər məkanının vertikal zonalaşdırılması, şəhər mühitinin ekoloji məsələlərinə diqqət yetirmişdir. Sənaye ərazilərinin təkmilləşdirilməsinə xüsusi bir bölmə həsr edilmişdir.
Qəhrəmanova, Şəhla Şıxəli qızı. Şəhər mühitinin yenidənqurulması: dərs vəsaiti / Ş. Ş. Qəhrəmanova; elmi red. F. M. Hüseynov; Azərbaycan Memarlıq və İnşaat Universiteti.- Bakı: Çaşıoğlu, 2003.- 100 s.