Book details

Kabildə bir kitabçı

Kabildə bir kitabçı

Title:
Kabildə bir kitabçı
Author:
Seyerştad Osne
Publication date:
2020
Annotation:
Müxtəlif dövrlərdə hakimiyyətə kommunistlərin, mücahidlərin və ya “taliblər”in gəlməsinə baxmayaraq, Sultan Xan iyirmi ildən çoxdur ki, insanları kitabla təmin edir. O, dəfələrlə dindirilib, həbs edilib, incidilib, kitablarını əvvəl kommunistlər, sonra mücahidlər talayıb, məhv edib, daha sonra “Taliban” onları yandırıb külə döndərib. Lakin Sultan bu sevimli işindən heç vaxt əl çəkməyib. Bu əsər qanlı-qadalı Kabildə, dörd kiçik otaqdan ibarət mənzildə iki arvadı, beş uşağı və digər qohumları ilə birgə yaşayan Sultan Xanın ailəsinin portretidir. Əfqanıstandakı dəhşətli xaosa, hərc-mərcliyə, dərəbəyliyə tab gətirir və yaşamaqda davam edirlər… Osne Seyerştad “Taliban”ın süqutundan sonra bir müddət Kabildə, Xanın evində yaşayıb, yeni Əfqanıstanda özlərinə yer tapmağa çalışan insanları, müasirliklə ənənəvilik arasındakı mübarizəni məxsusi şəkildə təsvir edib. Bu əsər xarabalıqların toz-torpağına, faciələrin qaramatına bələnmiş bir ölkənin işıqlı hekayəsi, həmçinin daha yaxşı, rahat, dinc bir həyat ümidi ilə keçmişin kəsafət saçan qırıntılarından qurtulmaq cəhdinin ifadəsidir.

Bibliographic description

Seyerştad, Osne. Kabildə bir kitabçı / O. Seyerştad; Norveç dilindən tərc.: V. Əfəndiyeva, A. Məmmədova.- Bakı: TEAS Press, 2020.- 344 s.