Dərs vəsaiti aşıq sənətinin genezisi, yaranma tarixi, əsrlər boyu dolğunluğu və bizim dövrə gələn-çatan nümunələrdən ibarət işdir. Burada aşıq yaradıcılığının genezisində qam-şaman dünya görüşü varsağın sənət mövcudluğu, oğuz mədəniyyətində ozanın sənətkar funksiyası, aşıq poeziyasında metro-ritmik fərqlənmələri, aşıq sənətinin əsas funksiaysı, eyni zamanda aşıq sənətinin iri həcmli əsərlərinin region xüsusiyyətləri kimi mövzular öz əksini tapmışdır.
Bağırova, Tamilla. Aşıq sənətinin yaranma tarixi və inkişafı: dərs vəsaiti / T. Bağırova, F. Hidayətova; elmi red. T. Ə. Rüstəmov.- Bakı: Elm və təhsil, 2009.- 232 s.