Book details

Dərvişlərin hekayətləri

Dərvişlərin hekayətləri

Title:
Dərvişlərin hekayətləri
Author:
Şah İdris
Publication date:
2018
Annotation:
Dərviş hekayətlərinin sırf əyləncəvi cazibəsinin böyüklüyünə baxmayaraq, onlar heç vaxt sadəcə folklor, nağıl və ya əfsanə kimi qavranılmayıb. Bu hekayətlər hazırcavablıq, nəfislik və konstruktiv kamillik baxımından hər hansı mədəniyyətin ən yaxşı hekayələri ilə müqayisə olunacaq səviyyədə olsalar da, onların sufi hekayətləri kimi təlim funksiyaları müasir dünyada çox az məlumdur. Zira, bu funksiyaları təsvir etmək üçün indi nə texniki, nə də populyar terminlər mövcud deyil. "Dərvişlərin hekayətləri"ndə təqdim olunan materiallar min illərin ruhani təcrübəsini əks etdirir. Dərviş-ustadlar öz müridlərinə bu və ya digər ibrətamiz hekayətlərin köməyi ilə uzun əsrlər boyunca dərs keçiblər.

Bibliographic description

Şah, İdris. Dərvişlərin hekayətləri: sufi ustadlarının əsrlərlə danışdıqları ibrətamiz rəvayətlər / İ. Şah; ing. dilindən tərc. M. Örgün; elmi red. A. Qafarov.- Bakı: TEAS Press, 2018.- 300 s.