Kitabda kompüter şəbəkələrinin qurulma xüsusiyyətlərinə dair çoxsaylı nəzəri və təcrübi məsələlərə baxılmışdır. Material sadə və anlaşılan şəkildə izah edilmişdir. Kompüter şəbəkələrinin qurulmasına baza prinsiplərinə, əsasən də kommutasiya və marşrutlaşdırma məsələlərinə xüsusi diqqət yetirilmişdir. Baxılan nəzəri müddəaların müasir şəbəkə protokollarında, məsələn, Ethernet, Token Ring, FDDİ, ATM protokollarında reallaşdırılmasına dair misallar göstərilmişdir. Ethernet şəbəkələrinin mühəndis hesablamalarına dair misallar verilmişdir. Vəsaitdə öyrənilmiş material üzrə biliyin möhkəmləndirilməsi üçün suallar və test tapşırıqları verilmişdir.
Bibliographic description
Həmidov, Qalib İnsaf oğlu. Kompüter şəbəkələrinin əsasları: dərs vəsaiti / Q. İ. Həmidov.- Bakı: Elm, 2015.- 500 s.