- Title:
- Yeni amazonlar klanı
- Author:
- Abdullayev Çingiz
- Publication date:
- 2017
- Annotation:
- Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Yeni amazonlar klanı" adlı romanında hadisələr Rusiyanın paytaxtı Moskvadakı lüks villada cərəyan edir. Köhnə Yeni ili qeyd etmək, eyni zamanda biznes sövdələşməsi aparmaq üçün elit bir kottec kirayələyərək ora toplaşan adamlar arasında daha kimlər yoxdu?! Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi, "Rosvoorujeniye" dövlət şirkətinin ikinci şəxsi, xarici ölkə səfirlərindən biri, mobil rabitə və alüminium istehsalı şirkətlərinin zəngin rəhbərləri, şou-biznes ulduzları, gözəl qadınlar... Hər şey idealdır. Amma hələ heç ziyafət başlamamış malikanədə müəmmalı və dəhşətli hadisə baş verir - milyonçu biznesmenlərdən biri onun üçün ayrılmış otaqda qətlə yetirilir. İşə Daxili İşlər Nazirliyinin rəhbərliyi qarışır, amma müstəntiqlər heç bir ipucu tapa bilmir. Nazir müavini məşhur xəfiyyə Dronqoya müraciət etməli olur. Kriminalist-ekspert əvvəlcə villaya baş çəkir, hamını dindirir. O, əmindir ki, qatil mərhumun ən yaxın adamdır...
Bibliographic description
Abdullayev, Çingiz Akif oğlu. Yeni amazonlar klanı: [roman] / Ç. A. Abdullayev; rus dilindən tərc. N. Hüseynli.- Bakı: TEAS Press, 2017.- 264 s.