Book details

Xarici siyasət

Xarici siyasət

Xarici siyasət
Title:
Xarici siyasət
Author:
Babaoğlu Hikmət
Publication date:
2019
Annotation:
Oxuculara təqdim olunan bu dərslikdə xarici siyasətin elmi-nəzəri və konseptual əsasları öz əksini tapmışdır. Kitabda xarici siyasətdə qərar qəbulu və rasionallıq məsələsi, ictimai rəyin, media təsisatının, ölkədaxili sosioloji faktorların və qeyri-dövlət aktorlarının xarici siyasətə təsiri, realizm, idealizm, liberalizm, neorealizm və neoliberalizm, konstruktivizm kimi nəzəriyyələrin xarici siyasətə yanaşmaları, hökumət başçısı müşavir əlaqələrinin, strateji araşdırma mərkəzlərinin xarici siyasətdə rolu kimi məsələlər nəzəri-konseptual mənbələr və empirik nümunələr əsasında diqqətə çatdırılıb. Əxlaq normalarının ümumbəşəri dəyərlər və strateji maraqlar kontekstində xarici siyasətə təsiri və dövlətlərarası münasibətlərdə rolu, beynəlxalq təşkilatlar və xarici siyasət, xarici siyasətin informasiya təminatı, xarici siyasət və diplomatiya, terrorizmin dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə təsiri kimi məsələlər də dərslikdə əks olunub. Azərbaycanın xarici siyasətinin başlıca istiqamətləri, prinsipləri və prioritetləri, ölkəmizin xarici siyasət resursları və mexanizmləri də kitabda yer alan mövzular sırasındadır.

Bibliographic description

Babaoğlu, Hikmət. Xarici siyasət: dərslik / H. Babaoğlu; elmi red. Ə. Əhmədov; red.: F. Vahidov, M. Əfəndiyev; Bakı Dövlət Universiteti.- Bakı: Elm, 2019.- 324 s.