Bu kitab siyər ənənəsinə sadiq qalmaqla gələcəyimizə yön verən incəlikləri əks etdirərək Allah Rəsulunun (s.ə.s.) nümunəvi həyatından bəhs edən, bəhs edərkən insanı Peyğəmbər dünyasına aparan və o dünyanı çağdaş dünyamızla bütünləşdirən yeni və özünəməxsus üslubda yazılmış bir əsərdir. Dil baxımından sadə, üslub baxımından axıcı və hadisələri təqdim etmə yönü ilə də işin əslinə sadiq qalmaqla qələmə alınan duyğu yüklü bu əsərlə Peyğəmbərimizlə (s.ə.s) aramızdakı məsafələrin qismən də olsa qısalacağını düşünür və insanların səadətinə həsr edilən bu həyatı öyrənməklə öhdəmizə düşən vəzifələrə daha möhkəm sarılacağımıza ümid edirik.
Bibliographic description
Haylamaz, Rəşid. Könül taxtımızın bənzərsiz sultanı- Peyğəmbərimiz (s.ə.s.) / R. Haylamaz II cild: Bədirdən Könüllər Sultanlığına / tərc. R. Bayramoğlu; elmi red. M. Camalov.- Bakı: Xəzər nəşriyyatı, 2009.- 666 s.