Book details

İrəvan necə varsa: keçmişdən bu günə

İrəvan necə varsa: keçmişdən bu günə

Title:
İrəvan necə varsa: keçmişdən bu günə
Publication date:
2022
Annotation:
Kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunmuşdur. Birinci fəsil İrəvan şəhərinin coğrafiyası və tarixinin əsas dövrlərindən bəhs edir. İkinci fəsildə ermənilərin və Ermənistan dövlətinin İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, üçüncü fəsildə İrəvan şəhəri və ümumən Qərbi Azərbaycanın toponimiyası və epiqrafik abidələri araşdırılmışdır. Dördüncü fəsildə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, Azərbaycan məktəbləri və müəllimləri, folklor, ədəbi mühit, mətbuat, teatr, memarlıq və s. məsələlər öyrənilmişdir. Beşinci fəsil İrəvan tarixinin erməni saxtalaşdırıcılarının tənqidinə həsr edilib. Kitabın altıncı fəsli isə İrəvan şəhərində Azərbaycan milli-mədəni və tarixi irsinin sonuncu yadigarı - Təpəbaşı məhəlləsinin tarixi, bugünü və mühafizəsi məsələləri haqqındadır.

Bibliographic description

İrəvan necə varsa: keçmişdən bu günə / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA Tarix İnstitutu; red. heyəti: İ. Ə. Həbibəyli [et al.].- Bakı: Aspoliqraf, 2022.- 520 s.