Nəriman Əbdülrəhmanlı "Könül elçisi", "Yolçu", "Qurban" tarixi romanlarından sonra qələmə aldığı "Taclı" roman-triptixində Şah İsmayıl Xətayi və xanımı Taclı Bəyimin ömür yolu fonunda təkcə Qızılbaşlığın taleyinə, yaddaşımızın Çaldıran yarasına deyil, həm də hakimiyyət tacı daşıyanların - Uzun Həsən və törəmələrinin, Sultan II Bəyazidin, Sultan Hüseyn Bayqaranın, Məhəmməd Şeybani xanın, Şah I Təhmasibin, Sultan Süleymanın, söz və sənət tacı gəzdirənlərin - Şeyx İbrahim Gülşəninin, Kəmaləddin Behzadın, Sultan Məhəmmədin, Şah Mahmud Nişapurinin, eləcə də Yavuz Sultan Səlimin Əcəm səfərindən apardığı insanların bir-birilə heyrətamiz tərzdə kəsişən talelərinə işıq salır, sözün, xəttin və nəqşin gözəlliklərindən söz açır.
Bibliographic description
Əbdülrəhmanlı, Nəriman Hacı oğlu. Taclı. Şah. Şah (Bəyim). Şah (zadə): roman-triptix / N. H. Əbdülrəhmanlı; red. B. Əhmədli.- Bakı: Qanun, 2017.- 596 s.