- Title:
- Minbər söhbətləri
- Author:
- Quliyev İbrahim Zöhrab oğlu
- Publication date:
- 2025
- Volume:
- 1
- Annotation:
- "Minbər söhbətləri" kitabı dini maarifin təbliğində, mənəviyyatın möhkəmlənməsində və cəmiyyətin İslam əxlaqı ilə tanış olmasında mühüm rol oynayan xütbə, moizə və çıxışların toplusudur. Kitabda müxtəlif dini mövzular - tövhid, nübuvvət, imamət, axirət, əxlaq, ibadət, Əhli-beyt (ə) maarifi, İslam tarixi və ictimai məsələlər - oxucuya sadə, anlaşılan və təsirli dildə çatdırılır. Kitab müəllif tərəfindən minbərlərdə, müxtəlif tədbir və mərasimlərdə deyilmiş xütbələr, moizə və çıxışlara əsaslandığı üçün həm mövzuların aktuallığı, həm də ifadə tərzinin canlılığı ilə fərqlənir. Hər bir mövzu Quran ayələri, Peyğəmbər (s) və İmamların (ǝ) hədisləri, həyat nümunələri və praktiki tövsiyələrlə zənginləşdirilmiş, burada insanın daxili dünyasına, hisslərinə, qorxularına, ümidlərinə və psixoloji ehtiyaclarına da toxunulmüşdur.
Quliyev, İbrahim Zöhrab oğlu. Minbər söhbətləri / İ. Z. Quliyev; elmi red. Ə. Niyazov; Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi.
I-II cild.- Bakı: AVE Print, 2025.- 1320 s.