Kitabda H. Atakişiyevin sənət yoldaşlarının, onun yetirmələrinin görkəmli teatr xadimi haqqında xatirələri, ustadın rejissor metodologiyası ilə bağlı fikirləri geniş yer alır. Bütövlükdə Bakı Dövlət Gənclər Teatrının yaradıcılıq salnaməsini özündə əks etdirən bu esse-monoqrafiyada, həmçinin teatrın 20 illik repertuar planı, ilk gündən son günə qədər bu teatrın səhnəsində fəaliyyət göstərən veteran aktyorları, səhnə məbədinin ayaqda qalmasına dəstək olan yaradıcı gəncləri, o cümlədən texniki işçiləri haqqında da ətraflı məlumat verilir.
Bibliographic description
Məmmədova, Məleykə Alı qızı. Məzarıma nə baş daşı qoyun..., nə heykəl: esse-monoqrafiya / M. A. Məmmədova; red. V. S. Sultanlı.- Bakı: Gənclik, 2015.- 208 s.