Book details

İnkişaf - məqsədimizdir: müraciətlər müsahibələr, telefon danışıqları, çıxışlar, bəyanatlar, tvitlər

İnkişaf - məqsədimizdir: müraciətlər müsahibələr, telefon danışıqları, çıxışlar, bəyanatlar, tvitlər

İnkişaf - məqsədimizdir: müraciətlər müsahibələr, telefon danışıqları, çıxışlar, bəyanatlar, tvitlər
Title:
İnkişaf - məqsədimizdir: müraciətlər müsahibələr, telefon danışıqları, çıxışlar, bəyanatlar, tvitlər
Author:
Əliyev İlham Heydər oğlu
Publication date:
2025
Annotation:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İnkişaf - məqsədimizdir" çoxcildliyinin xüsusi buraxılışı - "Zəfər. Tam və Qəti Qələbə" kitabında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, mahir diplomat, qalib Sərkərdəmizin müqəddəs savaşın ilk dəqiqələrindən Zəfər gününədək möhtəşəm fəaliyyətindən bəhs edilir. Prezidentimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutduqdan dərhal sonra - 27 sentyabr saat 12:45-də Azərbaycan xalqına müraciəti, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə telefon danışıqları, videomüraciətləri, aparıcı xarici KİV-lərə müsahibələri, hər bir yaşayış məntəqəsinin azad olunması haqda müjdə xəbərləri - tvitləri, 44 gündə rəşadətli Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin işğaldan azad etdikləri şəhər və kəndlərin, yaşayış məntəqələrinin, həmçinin erməni qəsbkarlarından götürülmüş qənimət silah-sursatların siyahısı xronoloji ardıcıllıqla ictimaiyyətə təqdim olunub. Ağdamın, Laçının və Kəlbəcərin bir güllə atılmadan, heç bir itki vermədən geri alınması zamanı Ali Baş Komandanın xalqa müraciətləri də yer alıb. Kitabda, həmçinin 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlaması, 23 saat 43 dəqiqə ərzində separatçıların tərkisilah edilərək ölkədən tamamilə çıxarılması və Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə bağlı məlumatlar da toplanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 7-9 avqust 2025-ci il tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri zamanı tarixə düşən nitqləri, görüş və danışıqları, eyni zamanda, Azərbaycan, Amerika Birləşmiş Ştatları prezidentlərinin və Ermənistanın Baş Nazirinin Birgə Bəyannaməsi öz əksini tapıb.

Bibliographic description

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: müraciətlər, müsahibələr, telefon danışıqları, çıxışlar, bəyanatlar, tvitlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
Xüsusi bur.: Zəfər: 27 sentyabr - 10 noyabr: 44 gün. Tam və qəti qələbə.- Bakı: Azərnəşr, 2025.- 548 s.