Təqdim edilən kitab görkəmli teatr xadimi K.S. Stanislavskinin səhnə həyatının və yaradıcılığının ayrı-ayrı mərhələlərini əhatə edir. Kitabın müxtəlif bölümlərində K.S. Stanislavskinin teatr düşüncələri, səhnə islahatları, aktyor fərdiyyətinin təkmilləşməsi sahəsindəki peşə və sənət məsələləri ilə bağlı axtarışları, ayrı-ayrı teatr xadimləri ilə yaradıcılıq əlaqələri, eləcə də aktyor sənətinin qrammatikası sayılan "Sistem"in tərkibindəki anlayışların izahı və təcrübi prinsipləri verilmişdir. Kitabın bir əhəmiyyətli cəhəti də bundadır ki, burada yeri gəldikcə bir sıra rejissorların, dramaturqların, rəssamların, xüsusilə Stanislavskinin "şinelindən çıxan" tələbələrin yaradıcılıq xüsusiyyətlərinə ayrıca yer ayrılmışdır.
Bibliographic description
İsrafilov, İsrafil Ramazan oğlu. Stanislavski və aktyor sənətinin qrammatikası / İ. R. İsrafilov; elmi red. A. Talıbzadə.- Bakı: Zərdabi Nəşr MMC, 2021.- 408 s.