Book details

Bakı: İçərişəhər

Bakı: İçərişəhər

Title:
Bakı: İçərişəhər
Author:
İbrahimov Kamil
Publication date:
2006
Annotation:
Kamil Fərhadoğlunun təqdim etdiyi ümumiləşdirilmiş monoqrafiyada Bakının çoxəsrlik tarixi, arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri, etnoqrafik müşahidələr, yazılı mənbələr, numizmatik və epiqrafik tədqiqatlar əsasında qələmə alınmışdır. Kitabda orta əsrlər dövrünün tarixçi, alim, çoğrafiyaşünas, tacir, diplomat və səyyahlarının Bakının sənətkarlıq, ticarət, ticarət yolları və xüsusilə də neft və duz hasilatı haqqında xeyli dəyərli məlumatları toplanmışdır. Qala divarları içində aparılan son arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş qiymətli sənətkarlıq nümunələri ilə bərabər Şirvan memarlıq məktəbinin şah əsəri olan Şirvanşahlar sarayı kompleksi və eləcə də İçərişəhərdəki bütün memarlıq abidələrinin tarixi kitabda öz əksini tapmışdır. Əsərdə Qız qalasının daha qədim dövrə aid olması haqqındakı ehtimallar araşdırılır.

Bibliographic description

İbrahimov, Kamil Fərhad oğlu. Bakı: İçərişəhər: monoqrafiya / K. F. İbrahimov; ön söz T. Bünyadov; elmi red. F. Ə. İbrahimov.- Bakı: Çinar-Çap, 2006.- 256 s.