Kitabda İrəvan Müəllimlər Seminariyasının yaranmasından, onun Azərbaycan şöbəsinin keçdiyi çətin tarixi və şərəfli yoldan bəhs edilir. Müəllif erməni şovinizmi əhatəsində ana dilli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində böyük fədakarlıq göstərmiş, adları təhsil tariximizə qızıl hərflərlə yazılmış ziyalıların fəaliyyətindən geniş söhbət açır. Kitabda İrəvan Müəllimlər Seminariyası və onun xələfi olan İrəvan Türk Pedaqoji Məktəbinin fəaliyyəti, təşəkkül və inkişaf yolları, üzləşdiyi problemlər kompleks şəkildə araşdırılmış görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə də məlumatlar verilmişdir.
Bibliographic description
Allahverdiyev, Cəlal Vaqif oğlu. İrəvan Müəllimlər Seminariyası / C. V. Allahverdiyev; elmi red. H. Babaoğlu; ideya müəl. H. X. Orucov.- Bakı: Elm və təhsil, 2022.- 272 s.